logo

Lissabon 2023-cü ildə Avropanın innovasiya paytaxtı seçilib

12:52 28-11-2023 | icon 1295
Lissabon 2023-cü ildə Avropanın innovasiya paytaxtı seçilib

Lissabon “The European Capital of Innovation” mükafatı çərçivəsində 2023-cü ildə Avropanın innovasiya paytaxtı seçilib. Bu mükafat Avropa Komissiyası tərəfindən verilir.

YeniAvropa xəbər verir ki, Lissabonun meri Karlos Moedasın sözlərinə görə, bu mükafat “Unicorn” sahəsində görülən işə verilən dəyərdir.

“Biz Avropanın innovasiya paytaxtıyıq! Avropa Komissiyası dünyada innovasiyaya görə ən iri mükafatı elan etdi. Bu, Lissabondur! Biz bu mükafatı “Fábrica de Unicórnios” sayəsində qazandıq, bu iki il ərzində gördüyümüz fövqəladə iş sayəsində əldə etdik. İndi bizi 1 milyon avro dəyərində mükafatla təltif edəcəklər”, - deyə Karlos Moedas şəhərin Avropanın innovasiya paytaxtı elan olunması mərasimindən sonra özünün “X” sosial şəbəkəsində yerləşdirdiyi videomüraciətində bildirib.

Lissabon meriyasının məlumatına görə, şəhər 2021-2022-ci illərdə 54-dən artıq texnoloji şirkəti və 12 startapı (birjada iştirak etməyən, ümumi gəliri 1 milyard dollar olan şirkətlər) cəlb edib.

Karlos Moedasın sözlərinə görə, 1 milyon dəyərində olan mükafat insanların həyatının yaxşılaşdırılması məqsədilə sosial innovasiyalara yönəldiləcək.

“The European Capital of Innovation” mükafatı çərçivəsində Varşava (Polşa) ikinci, Lvov (Ukrayna) üçüncü yeri tutub.

2014-cü ildə təsis edilən “The European Capital of Innovation” mükafatı Avropa İnnovasiyalar Şurası tərəfindən hər il keçirilir. Məqsəd innovasiyaları yerli səviyyədə uğurla tətbiq edən və digərləri üçün nümunə olan şəhərləri mükafatlandırmaqdır.