logo

AFFA Canni De Byazinin fikirlərinə görə jurnalistlərdən üzr istəyib

11:11 20-11-2023 | icon 1295
AFFA Canni De Byazinin fikirlərinə görə jurnalistlərdən üzr istəyib

AFFA milli komandanın baş məşqçisi Canni De Byazinin “EURO-2024”ün seçmə mərhələsinin Belçika ilə səfər oyunundan sonra azərbaycanlı jurnalistlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Milli assosiasiyanın baş katibi Sərxan Hacıyev YeniAvropa-ya açıqlamasında italiyalı mütəxəssisin sözlərinə görə AFFA rəhbərliyinin adından media nümayəndələrindən üzr istəyib.

Qeyd edək ki, Canni De Byazi 0:5 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında yerli jurnalistlər haqqında xoşagəlməz ifadələr işlədib.