logo

"EURO-2024:Azərbaycan-İsveç oyununun biletləri satışa çıxarılıb

17:32 25-10-2023 | icon 1260
"EURO-2024:Azərbaycan-İsveç oyununun biletləri satışa çıxarılıb

"EURO-2024"ün seçmə mərhələsində Bakıda keçiriləcək Azərbaycan-İsveç oyununun biletləri satışa çıxarılıb.

YeniAvropa  AFFA-ya istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 15 manat təşkil edir. VİP biletləri isə 30, 50, 200 manata əldə etmək olar.

Biletləri "Gənclik Mall", "28 Mall", Heydər Əliyev Sarayının kassası, Köşk No1, Köşk No2, 1 saylı ASAN xidmət mərkəzi, 2 saylı “ASAN xidmət mərkəzi, 3 saylı ASAN xidmət mərkəzi, 4 saylı “ASAN xidmət” mərkəzi, 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi və “iticket.az” satış məntəqələrindən əldə edə bilərlər.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç görüşü saat 21:00-da start götürəcək.