logo

Avropanın qaz anbarları tarixdə ilk dəfə 98 % dolub

16:12 16-10-2023 | icon 2023
Avropanın qaz anbarları tarixdə ilk dəfə 98 % dolub

Avropanın qaz ehtiyatları müşahidələr tarixi ərzində maksimum səviyyəyə çatıb.

YeniAvropa “Gas Infrastructure Europe” assosiasiyasına istinadla xəbər verir ki, hazırda Avropada qaz anbarları 97,89 faiz (107,75 milyard kubmetr) doludur ki, bu da son beş il ərzində bu tarix üçün qeydə alınan göstəricidən 8,54 faiz çoxdur. Bundan öncəki maksimum göstərici 2019-cu il oktyabrın 28-də müşahidə edilib (97,84 faiz).

Oktyabrın 14-nə olan məlumata görə, Avropa İttifaqı ölkələrinin yeraltı anbarlarından qaz çıxarılması sutkada 10 milyon kubmetr, anbarlara qaz vurulması isə 246 milyon kubmetr təşkil edib. Sentyabrda Avropada mavi yanacağın orta qiyməti 417 dollar olub.

Avropa ölkələri qarşıdakı isitmə mövsümü üçün anbarların 90 faizinin doldurulması hədəfinə hələ avqust ayının ortalarında çatıb. Halbuki Avropa İttifaqı həmin göstəriciyə yalnız noyabr ayında nail olunacağını düşünürdü.