Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə forumu keçirilib
Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə forumu keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, “Özbəkistan-Azərbaycan səhiyyə dekadası” çərçivəsində təşkil olunan forumda hər iki ölkənin səhiyyə nazirliklərinin, Özbəkistanın aidiyyəti dövlət qurumlarının, tibb təhsil ocaqlarının nümayəndələri, Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri, alimlər, həkimlər iştirak ediblər. Forumun başlıca məqsədi hər iki ölkənin səhiyyə və tibb elmi sahəsində əldə olunan nailiyyətlər, tətbiq edilən innovasiyalar, səhiyyənin rəqəmsallaşdırılması, əhalinin sağlamlığının qorunması sahəsində görülən işlərin müzakirəsi və iki ölkənin həkim mütəxəssisləri arasında təcrübə mübadiləsi aparmaqdır.
Forumun açılışında çıxış edən Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatov səhiyyə sahəsində əməkdaşlıq çərçivəsində iki ölkə arasında sıx tərəfdaşlığın olduğunu vurğulayıb: “Bizim ölkələrimiz arasında münasibətlərin uğurlu davamı kimi Özbəkistanın paytaxtında Türk dünyasının dahi oğlu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Özbəkistan-Azərbaycan səhiyyə dekadası" keçirilib. Tədbir çərçivəsində Azərbaycan Səhiyyə Nazirliyinin həkim mütəxəssisləri özbəkistanlı həmkarları ilə birgə vətəndaşlar üçün mərhələli şəkildə yüksək texnoloji avadanlıqlar vasitəsilə 100-dən artıq cərrahiyyə əməliyyatlar icra ediblər, müayinə və müalicələr aparıblar. Forum "Özbəkistan-Azərbaycan səhiyyə dekadası"nın nəticələrinə yekun vuracaq və iki ölkə arasında əlaqələri keyfiyyətcə yeni müstəviyə qaldıracaq”.
Forumda çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev 10 gün müddətində davam edən səhiyyə dekadasında gərgin zəhməti, yorulmaz qonaqpərvərliyi ilə qardaşlıq missiyasının təşkilinə verdiyi dəstəyə görə nazir Amrillo İnoyatova və Özbəkistan tibb ictimaiyyətinə təşəkkürünü ifadə edib.
Azərbaycan və Özbəkistanın Səhiyyə nazirlikləri arasında uğurlu əməkdaşlıq əlaqələri barədə danışan Teymur Musayev vurğulayıb: “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Daşkənd Həkimləri Təkmilləşmə İnstitutu, İxtisaslaşmış Göz Mikrocərrahiyyəsi Mərkəzi ilə sıx əməkdaşlıq edir. Azərbaycan Tibb Universiteti ilə Daşkənd Tibb Akademiyası, İbn Sina adına Buxara Dövlət Tibb İnstitutu arasında tibb elmi sahəsində əməkdaşlığı ehtiva edən Anlaşma memorandumları imzalanıb. Əczaçılıq sahəsində əməkdaşlığımız inkişaf edir. Özbəkistan şirkətlərinin istehsal etdiyi 37 adda dərman vasitələri Azərbaycanda dövlət qeydiyyatından keçib. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə Özbəkistan Respublikasının Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb”.
Qeyd edilib ki, 2023-cü ildə müxtəlif sektorlar üzrə əlaqələrin inkişafı dinamik xarakter alıb. Belə ki, bu ilin fevral ayında Daşkənddə birinci Azərbaycan-Özbəkistan Regionlararası Forum keçirilib, Şuşa-Xivə, Gəncə-Səmərqənd, Lənkəran-Buxara, Şəki-Kokand şəhərləri arasında qardaşlaşma haqqında sənədlər, Bakı və Daşkənd şəhərləri arasında əməkdaşlığa dair yol xəritəsi, Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Saziş qüvvəyə minib.
Forumda çıxış edən, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev qardaş ölkələr arasında ikitərəfli münasibətlər və əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri bu dostluğun bariz nümunəsidir.
Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov Fondun genişmiqyaslı fəaliyyəti, o cümlədən səhiyyənin inkişafı sahəsində həyata keçirdiyi uğurlu layihələr barədə məlumat verib.
Forumda Azərbaycan həkimlərinin adından çıxış edən Azərbaycan Tibb Universitetinin uşaq cərrahiyyəsi kafedrasının müdiri professor Ramiz Poluxov elmi və klinik təcrübələrdə yeni yanaşmalar, səhiyyə dekadası çərçivəsində birgə icra edilən cərrahiyyə əməliyyatları, aparılan müayinələr və praktiki tibbi təlimlərin nəticələri barədə məlumat verib.
Həmçinin tədbirin digər iştirakçıları tərəfindən səhiyyə sektorunda transformasiyalar, klinik praktikada yeni diaqnostika və müalicə üsulları, ikitərəfli əməkdaşlığın perspektivləri mövzularında çıxışlar edilib.
Forumun sonunda, Özbəkistan Respublikasında səhiyyənin inkişafında mühüm xidmətlər göstərən, "Özbəkistan-Azərbaycan səhiyyə dekadası" çərçivəsində cərrahiyə əməliyyatları, tibbi müayinə və müalicələr aparan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həkim mütəxəssislərinin və tədbir təşkilatçılarının mükafatlandırılması mərasimi keçirilib.
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb
Paytaxtda qızıl mağazasından oğurluq edən saxlanılıb
Yaxın günlərdə Laçının Sus kəndinə 59 ailə köçürüləcək
Sabah Bakıda 31° isti olacaq
ANAMA-nın 43 yaşlı əməkdaşı Şuşada minaya düşüb
Azər Quliyevin “Sanki yoxsan” filmi Kann festivalında
Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
FIFA prezidenti “Qarabağ”ı təbrik edib
Azərbaycan nefti 90,68 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb