Oktyabrın 2-dən 8-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 361 yoluxma faktı qeydə alınıb, 359 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.Qeyd edilib ki, ötən həftə analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 833 min 550 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 822 min 843 nəfər müalicə olunaraq sağalıb, 10 min 337 nəfər vəfat edib. Aktiv xəstə sayı 370 nəfərdir.
Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 280, bu günə qədər isə ümumilikdə 7 milyon 692 min 353 test icra olunub.