logo

Nyu-Yorkda Mərkəzi Asiya-ABŞ dövlət başçılarının ilk sammiti keçirilib

11:55 20-09-2023 | icon 2611
Nyu-Yorkda Mərkəzi Asiya-ABŞ dövlət başçılarının ilk sammiti keçirilib

Nyu-Yorkda Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və ABŞ dövlət başçılarının C5+1 formatında ilk zirvə görüşü keçirilib.

YeniAvropa xəbər verir ki, sammitdə liderlər C5+1 dialoqu çərçivəsində iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində Mərkəzi Asiya regionunun suverenliyinin daha da gücləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Görüşün sonunda Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında qarşılıqlı anlamanın dərinləşdirilməsi və konstruktiv tərəfdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.