logo

Şarl Mişel Laçın və Ağdamdan Xankəndiyə yüklərin eyni vaxtda keçməsini alqışlayıb

18:58 18-09-2023 | icon 2100
Şarl Mişel Laçın və Ağdamdan Xankəndiyə yüklərin eyni vaxtda keçməsini alqışlayıb

Laçın və Ağdam yollarından Xankəndiyə humanitar yüklərin eyni vaxtda keçməsini alqışlayırıq.

YeniAvropa xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel “X” platformasında paylaşımında bildirib.

Ş.Mişel, həmçinin qeyd edib: “Artıq bu proses qaydaya salınmalıdır. Həmçinin Bakı və Qarabağın erməni sakinləri arasında hüquq və təhlükəsizlik məsələləri üzrə danışıqlara başlamaq vacibdir. Avropa İttifaqı bunu dəstəkləməyə hazırdır”.