logo

Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyasında iştirak üçün ABŞ-a gedib

12:12 18-09-2023 | icon 2163
Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyasında iştirak üçün ABŞ-a gedib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya verilən məlumata görə, səfər zamanı Ceyhun Bayramovun Baş Assambleyanın plenar sessiyasında çıxışı, sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.