Bu gün səhər saatlarında Rusiya Qızıl Xaç Cəmiyyətinin humanitar yük dolu 1 TIR-ı və onu müşayiət edən həmin Cəmiyyətin işçi heyəti Rusiya sülhməramlılarının blok postunu keçərək Ağdamdan Xankəndi istiqamətində hərəkət edib.
YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev Ağdam-Xankəndi yolunda jurnalistlərə açıqlamasında deyib.
O, həmçinin bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yük avtomobilləri 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir: “Bu yüklərin də Qarabağda yaşayan erməni əsilli sakinlərə çatdırılması istiqamətində müzakirələr davam edir”.