logo

Hindistanda G20 sammiti keçirilir

09:49 09-09-2023 | icon 2765
Hindistanda G20 sammiti keçirilir

Hindistanın paytaxtı Nyu Dehlidə "Böyük İyirmilik"in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı sammiti işə başlayıb.

YeniAvropa xəbər verir ki,  iki gün davam edəcək sammitdə bir sıra qlobal məsələlərin, o cümlədən iqlim dəyişikliyinin, Ukraynadakı müharibənin, beynəlxalq təhlükəsizliyin müzakirə olunacağı gözlənilir.

Dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrinin sammitində həmçinin, Afrika İttifaqının "G20"yə daimi üzvü olması məsələsinə baxılacaq.

Liderlərin görüşündə Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin sammitdə iştirak etmirlər. 

Rusiyanı sammitdə xarici işlər naziri Sergey lavrov təmsil edir.