logo

Bu gündən ali məktəblərdə boş qalan yerlərə ixtisas seçimi başlanır

12:12 04-09-2023 | icon 8008
Bu gündən ali məktəblərdə boş qalan yerlərə ixtisas seçimi başlanır

Sentyabrın 4-dən ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi başlanır.

Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, ixtisas seçimi sentyabrın 9-dək aparılacaq.

Xatırladaq ki, builki qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə 51 941 nəfər (o cümlədən 6592 subbakalavr) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı 93.94 faiz dolub.