logo

Teymur Rəcəbov beynəlxalq turnirdə iştirak edəcək

14:14 29-08-2023 | icon 1260
Teymur Rəcəbov beynəlxalq turnirdə iştirak edəcək

Şahmat üzrə Azərbaycan milli komandasının üzvü Teymur Rəcəbov Hindistanda keçiriləcək "Tata Steel India" turnirində iştirak edəcək.

Azərbaycan Şahmat Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, turnirdə T.Rəcəbovla yanaşı, Bakıdakı Dünya Kubokunun finalçısı Rameşbabu Praqnanandxa, o cümlədən Domaraju Qukeş, Arjun Eriqaisi, Vidit Qucrati və Pentala Harikrişna (hamısı Hindistan), Nodirbek Abdusattorov (Özbəkistan), Aleksandr Qrişuk (FIDE), Vinsent Keymer (Almaniya), Maksim Vaşye-Laqrav (Fransa) və digərləri mübarizə aparacaqlar. Reqlamentə əsasən, şahmatçılar əvvəlcə rapid, son iki gündə isə blitsdə yarışacaqlar.

Qeyd edək ki, Hindistanda keçiriləcək "Tata Steel India" turniri 5-9 sentyabrda baş tutacaq.