logo

İdman gimnastlarımız beynəlxalq turnirdə 9 medal qazanıblar

14:58 21-08-2023 | icon 2709
İdman gimnastlarımız beynəlxalq turnirdə 9 medal qazanıblar

Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə “Pharaoh’s Cup” beynəlxalq turniri başa çatıb.

YeniAvropa xəbər verir ki, 18-20 avqust tarixlərində keçirilən yarış Azərbaycan milli komandası üzvlərinin uğurlu çıxışı ilə yadda qalıb.

Yığmamıza ən yüksək nəticəni qadın idman gimnastı Xədicə Abbaszadə qazandırıb. Yeniyetmələr arasında (2010-cu il) çıxış edən təmsilçimiz dayaqlı tullanma və sərbəst hərəkətlərin icrasında qızıl medala layiq görülüb.

2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında Leyla Məmmədzadə dayaqlı tullanma, Aynaz Məcidzadə isə sərbəst hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bu yaş kateqoriyasında çıxış edən digər gimnastımız Albina Alieva sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada bürünc medala sahib çıxıb.

Kişilərdən ibarət Azərbaycan yığma komandasının üzvləri Mənsum Səfərov turnik, Rəsul Əhmədzadə sərbəst hərəkətlər, Aydın Əlizadə isə dayaqlı tullanmada bürünc medallar əldə ediblər.