logo

Azərbaycan–Belçika oyununun biletləri satışa çıxarılıb

11:59 21-08-2023 | icon 2646
Azərbaycan–Belçika oyununun biletləri satışa çıxarılıb

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan – Belçika oyununun biletləri satışa çıxarılıb.

YeniAvropa  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti 5 (II kateqoriya), 10 (I kateqoriya) və 50 AZN (VİP) təşkil edir.

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.