Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək.
YeniAvropa xəbər verir ki, matç “Mançester Siti” və “Sevilya” komandaları arasında Yunanıstanın paytaxtı Afina şəhərində “Georgios Karaiskakis” stadionunda keçiriləcək.
Qarşılaşma Bakı vaxtı ilə 23:00-da baş tutacaq.
Qeyd edək ki, “Mançester Siti” tarixində ilk dəfə UEFA Superkubokunda mübarizə aparacaqsa, İspaniya təmsilçisi 6-cı dəfə bu titulu əldə etməyə çalışacaq. “Sevilya” indiyədək bir dəfə, 2006-cı ildə “Barselona”nı 3:0 hesabı ilə məğlub edərək Superkuboku qazanıb.