logo

EURO-2024:Estoniya-Azərbaycan matçının stadionu bəlli olub

11:11 16-08-2023 | icon 3038
EURO-2024:Estoniya-Azərbaycan matçının stadionu bəlli olub

Azərbaycan milli komandasının "EURO-2024"ün seçmə mərhələsində səfərdə Estoniya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

YeniAvropa AFFA-ya istinadla xəbər verir ki,qarşılaşma Tallin şəhərindəki “Le Kok Arena”da təşkil olunacaq.

Bu il oktyabrın 13-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “F” qrupunda yer alan Azərbaycan millisi 1 xalla 5-ci pillədə qərarlaşıb.