Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyi keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Bildirilib ki, yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.
Yığmaya Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü, aşağı yaş qrupu üzrə komandaların baş məşqçisi Rövşən Hüseynov rəhbərlik edəcək.
Avropa birinciliyində oğlanların yarışında rinqə idmançılarımızdan Əli Camalzadə (40 kq), Şahin Mustafayev (42 kq), Bəhlul Əhmədli (44 kq), Məhəmməd Mehrəliyev (46 kq), Yusif Bəylərov (48 kq), Təşkilat Quliyev (50 kq), Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Toğrul Quliyev (57 kq), Əli Abdullayev (60 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq), İsmayıl Vəliyev (70 kq), Hüseyn Abdullayev (80 kq) və Səfdər Məmmədzadə (90 kq) çıxacaqlar. Komandanın məşqçilər heyətində Vüqar Məmmədov və Samir Məmmədov da yer alıblar.
Yadigar Məmmədov və İlkin Ağayevin rəhbərliyi ilə isə qızlardan Saraxanım Səmədova (38 kq), Aylin Nəzərova (46 kq), Fidan Bəkirova (51 kq), Mədinə Məmmədova (57 kq) və Səma Hüseynova (60 kq) yarışda döyüşəcəklər.
Bu gün səfərə yollanan milli avqustun 26-da Bakıya qayıdacaq.
Avropa birinciliyində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Qədirov hakim kimi təmsil edəcək.
Qeyd edək ki, yarışın püşkü avqustun 16-da atılacaq.