logo

Azərbaycan Ümumdünya Şahmat Olimpiadasında uğurlu start götürüb

12:32 14-08-2023 | icon 3073
Azərbaycan Ümumdünya Şahmat Olimpiadasında uğurlu start götürüb

Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasına start verilib.

YeniAvropa xəbər verir ki, ilk turda Azərbaycan komandası Paraqvay şahmatçılarını 4-0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan komandasında Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova çıxış edir. Komandanın kapitanı Fərid Abbasovdur.

Yarışda 47 ölkədən 63 komanda mübarizə aparır.