logo

Avropa çempionatı: Azərbaycan ilk oyununu Çexiyaya qarşı keçirəcək

16:32 10-08-2023 | icon 5957
Avropa çempionatı: Azərbaycan ilk oyununu Çexiyaya qarşı keçirəcək

Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilk oyununu avqustun 18-də Çexiyaya qarşı keçirəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Qeyd edilib ki, növbəti qarşılaşmalarda rəqiblərimiz Almaniya, Türkiyə, Yunanıstan və İsveç yığmaları olacaq.

Millimiz C qrupunda yer alır. Qrup oyunlarımıza Almaniyanın Düsseldorf şəhəri ev sahibliyi edəcək.

Qeyd edək ki, qrupda ilk dörd yeri tutacaq kollektivlər pley-offa vəsiqə qazanacaqlar. C qrupunda mərhələ adlayacaq komandalar bu etapda A qrupunda 1-4 yerləri tutacaq komandalarla qarşılaşacaqlar .