“Sabah”ın bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Serbiya klubu “Partizan”a qarşı keçirəcəyi ev oyununa 5000 bilet satılıb.
YeniAvropa xəbər verir ki, bu barədə paytaxt təmsilçisi özü məlumat yayıb.
Bildirilib ki, bilet satışı hazırda davam edir. Azarkeşlər biletləri matçın oynanılacağı “Bank Respublika Arena”nın kassasından, həmçinin “Iticket”in satış məntəqələrindən və onlayn saytından əldə edə bilərlər.
Qeyd edək ki, görüş bu gün saat 20:00-da başlayacaq.