logo

Cüdo millimiz Zaqreb "Qran-Pri"sinə 9 idmançı ilə yollanacaq

12:12 10-08-2023 | icon 1953
Cüdo millimiz Zaqreb "Qran-Pri"sinə 9 idmançı ilə yollanacaq

Azərbaycan cüdo millisinin Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Qran-Pri turnirində iştirak edəcək heyəti açıqlanıb.

YeniAvropa Avropa Cüdo Birliyinin rəsmi saytına istinadən məlumatına görə, yığma yarışa 9 idmançı ilə yollanacaq.

Kişilərdə Əhməd Yusifov, Nazir Talıbov (hər ikisi 60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaqlar.

Qadınların yarışında isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Südabə Ağayeva (70 kq) Azərbaycanı təmsil edəcəklər.

Qeyd edək ki, avqustun 18-20-si aralığında keçiriləcək Qran-Priyə 88 ölkənin cüdoçuları qatılacaq.