logo

Ağdam-Xankəndi yolundan istifadədən erməni tərəfinin imtinası təəssüf doğurur-XİN

18:17 25-07-2023 | icon 1253
Ağdam-Xankəndi yolundan istifadədən erməni tərəfinin imtinası təəssüf doğurur-XİN

Daha böyük miqdarda dərman preparatları və yüklərin daşınması, tədarükü üçün Azərbaycan tərəfindən Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım təklif olunub. Lakin buna baxmayaraq, təəssüflər olsun ki, erməni tərəfi təkidlə bu yoldan imtina edir.

YeniAvropa xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bölgədə humanitar vəziyyətlə bağlı iyulun 25-də səsləndirdiyi bəyanatına dair şərhində əksini tapıb.

Bildirilib ki, erməni sakinlərin tibbi məqsədlər üçün Laçın sərhəd-buraxılış məntəqəsindən BQXK vasitəsilə keçidinin daha da asanlaşdırılması məqsədilə Komitənin həkiminin əraziyə getməsi ilə bağlı razılıq əldə olunmasına baxmayaraq, yerində bundan imtina olunması təəssüf doğurur.

“Erməni tərəfinin Azərbaycan tərəfindən atılan addımlara və dəstək niyyətinə, o cümlədən BQXK tərəfindən sözügedən bəyanatda da qeyd edildiyi kimi, Ağdam-Xankəndi və digər alternativ yollardan istifadə edilməsi təkliflərinə qarşı çıxması bölgədə “gərgin humanitar vəziyyət” iddialarının siyasi manipulyasiya və təzyiq vasitəsi olduğunu bir daha sübut edir”, - deyə Xarici İşlər Nazirliyinin şərhində bildirilib.