Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu ilin sentyabrında Azərbaycana səfər edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri , millət vəkili Şamil Ayrım məlumat verib.
“Cevdet Yılmaz Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədridir. Səfər zamanı iki ölkə arasındakı əlaqələrlə bağlı bir sıra məsələlər müzakirə olunacaq”, - deyə o, vurğulayıb.