logo

Bakıda keçiriləcək dünya çempionatının maskotu ictimaiyyətə təqdim olunub

11:11 25-07-2023 | icon 1428
Bakıda keçiriləcək dünya çempionatının maskotu ictimaiyyətə təqdim olunub

Avqustun 14-dən sentyabrın 1-dək Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının maskotu ictimaiyyətə təqdim olunub.

YeniAvropa xəbər verir ki, 53-cü dünya çempionatının maskotu seçilmiş “Targy” - Olimpiya nişanı, alov, nar, hədəf və atıcı görüntülərinin vəhdətindən yaranmış simvoldur. Kökündə ingiliscə “target”- “hədəf” sözü dayansa da, özündə birləşdirdiyi simvolların xarakterini daşıyır.

Seçilmiş maskot çempionat iştirakçılarını "Hədəfini vur!" şüarə ilə mübarizəyə və qələbəyə ruhlandıracaq.