Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.
YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb.
Hazırda tədbirlər davam etdirilir.