logo

Boksçumuz Avropa birinciliyində 1/4 finala yüksəlib

15:25 23-07-2023 | icon 1190
Boksçumuz Avropa birinciliyində 1/4 finala yüksəlib

Azərbaycan boksçusu Sübhan Babayev Rumıniyanın Ployeşti şəhərində keçirilən Avropa birinciliyində növbəti qələbəsini qazanıb.

Azərbaycan Boks Federasiyasından YeniAvropa-ya bildirilib ki, 50 kq çəkidə çıxış edən idmançı ikinci döyüşündə Maksim Çekini (Ukrayna) sınağa çəkib.

Startda Ahmet Yılmaza (Türkiyə) qalib gələn S.Babayev bu dueli də aktivinə yazıb. O, rəqibini 4:1 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edib. Məktəblilər arasında Avropa çempionu 1/4 finalda ingiltərəli Riza Safari ilə üz-üzə gələcək. Görüş iyulun 26-da olacaq.