Prezident İlham Əliyev iyulun 19-da Sudeif İmamverdiyevin təltif edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Sudeif Bəşir oğlu İmamverdiyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".
Qeyd edək ki, uroloq, tibb elmləri doktoru, professor Sudeif İmamverdiyevin 85 yaşı tamam olub. O, 2 iyul 1938-cu ildə Astara rayonunda anadan olub. Türk Ağsaqqalları Birliyinin sədri, AMEA-nın müxbir üzvü, əməkdar dövlət və elm xadimi, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiridir.
Məşhur "91"-lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, 1995–2005-cu illərdə Milli Məclis deputatı olub.