İyulun 15-də Brüsseldə Azərbaycan prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında məlumat verib.
"Mən artıq iştirakımı təsdiqləmişəm. Ümid edirəm ki, görüşdə sülh müqaviləsi ətrafında irəliləyişə nail ola biləcəyik",-deyə N.Paşinyan vurğulayıb.
Xatırladaq ki, tərəflər arasında bundan əvvəlki görüş mayın 14-də baş tutub. Görüşdə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel də iştirak edib.
Daha sonra, mayın 25-də Kremldə V.Putinin iştirakı ilə Əliyev-Paşinyan görüşü keçirilsə də, sülh müqaviləsinin imzalanması istiqamətində hər hamsı irəliləyiş əldə edilməyib.