logo

Azərbaycanda əhalinin sayı 10 milyon 148 mini nəfəri ötüb

12:21 13-07-2023 | icon 1442
Azərbaycanda əhalinin sayı 10 milyon 148 mini nəfəri ötüb

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il iyun ayının 1-i vəziyyətinə 10 milyon 148 min 57 nəfər təşkil edib.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, əhalinin 54,6 faizi şəhər, 45,4 faizi kənd sakinlərindən, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardan ibarətdir.