İyulun 11-də Dövlət İmtahan Mərkəzi(DİM) Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən YeniAvropa-ya bildirilib ki, qeydiyyatdan keçmiş 136 nəfərdən 13-ü imtahana gəlməyib. İmtahanda 55 və dаhа çох bаl tоplаmış 63 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.