Paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 190 kvadratmetr olan avtomobil ehtiyat hissələrinin satışı mağazası, 12 kvadratmetr olan anbarı və içərisində avtomobil ehtiyat hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.