Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.
YeniAvropa xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, ötən gün nazirin imzaladığı əmrlə DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.