logo

Sumqayıt sakinindən 1 kq tiryək götürülüb

12:12 11-07-2023 | icon 1435
Sumqayıt sakinindən 1 kq tiryək götürülüb

Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Sumqayıt şəhər sakini Ümid Əhmədovdan 1 kiloqram tiryək, 80 ədəd ekstazi və 400 ədəd metadon həbləri aşkarlanaraq götürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, davam etdirilən tədbirlərlə onun Bakıda kirayədə yaşadığı mənzilə baxış zamanı əlavə 71 qramdan artıq metamfetamin, 129 qrama yaxın marixuana, 15 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi də götürülüb.

Faktla bağlı araşdırma aparılır.