Bu il ötən illə müqayisədə bir sıra cinayətlərin sayı azalıb
Daxili İşlər Nazirliyində (DİN) 2023-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iclası açaraq ilin birinci yarısının da növbəti uğurlu hesabat dövrlərindən olduğunu, daxili işlər orqanları və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində gündəlik vəzifələrin öhdəsindən layiqincə gəldiyini, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə təhlükəsizliyin etibarlı təmin edildiyini vurğulayıb. İlin ikinci yarısında da qarşıda mühüm vəzifələrin durduğunu qeyd edən Vilayət Eyvazov onların ətraflı müzakirəsinin, xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün əlavə təşkilati tədbirlərin müəyyən edilib həyata keçirilməsinin vacibliyini bildirib.
Hesabat məruzəsi ilə çıxış edən nazirin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 19 min 533 cinayət qeydə alındığını və bu cinayətlərin 95,5 faizinin (18.661-i) daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olduğunu bildirib. Eləcə də 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələrin 15,4, qəsdən sağlamlığa ağır zərər vurmaların 12,3, əzab vermələrin 22,2, odlu silahın tətbiqi ilə törədilən cinayətlərin 21,7, adam oğurluqları və quldurluqların hər birinin 25, soyğunçuluqların 8,4, xuliqanlıqların 16,6, oğurluqların 1,7, onlardan mənzillərdən edilənlər 21,7, ailə münaqişəsi zəminində baş vermiş cinayətlərin 1,4, ictimai yerlərdə qeydə alınmış cinayətlərin 13,6 faiz azaldığını qeyd edib.
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə ümumi cinayətlərin 90 faizinin, o cümlədən “isti izlər”lə 1605 cinayətin açıldığı, 4587 hüquqazidd əməlin qarşısının alındığı, axtarışda olan 3291 şəxsin tutulduğu, dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 79,4 faizinin ödətdirildiyi vurğulanıb. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilən tədbirlərlə 395 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 275 nəfərin cinayət məsuliyyətinə cəlb edilib, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 946 kiloqram çox – 2 ton 921 kiloqram narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya olunan 143 ton narkotik xassəli bitki aşkarlanıb məhv edilib.
Seyfulla Əzimov vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində mühüm vəzifələrin icrası çərçivəsində 2318 vətəndaşın qəbulunun həyata keçirildiyini, qaldırılan məsələlərin əksəriyyətinin öz qanuni həllini tapdığını bildirib.
Sonra nazirliyin bir sıra baş idarələrinin, Polis Akademiyasının və ərazi polis orqanlarının rəhbərləri görülən işlər, əldə olunan nəticələr, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə planlaşdırılan tədbirlər barədə məlumat veriblər.
İclasa yekun vuran nazir Vilayət Eyvazov cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində müsbət nəticələrin əldə edildiyini vurğulayaraq xidməti fəaliyyətin səmərəliliyinin daha da artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib. Vətəndaş məmnunluğunun təmin edilməsinin Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu xatırladan nazir cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulan maddi ziyanın ödətdirilməsi, müraciətlərə baxılması və qəbul işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib. Narkotiklərlə mübarizənin vəziyyətinə toxunan Vilayət Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib.
Kollegiyada müzakirə olunan məsələ üzrə qarşıda duran vəzifələrlə bağlı qərar qəbul edilib.
Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir-Muxtar Babayev
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb