Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 395 kriminal qrup zərərsizləşdirilib.
YeniAvropa xəbər verir ki, bunu nazirin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov Daxili İşlər Nazirliyində cari ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında deyib.
Bildirib ki, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 275 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 946 kiloqram çox – 2 ton 921 kiloqram narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya olunan 143 ton narkotik xassəli bitkinin aşkarlanaraq məhv edilib.