logo

Xəzərdə dalğanın hündürlüyü 2.0 metrə çatıb

18:12 10-07-2023 | icon 1267
Xəzərdə dalğanın hündürlüyü 2.0 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 10-u saat 17:00-a olan məlumatına əsasən Daşkəsən, Göygöldə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, saat 16:33-16:34 radələrində Daşkəsən rayonuna diametr 12 millimetr olan dolu düşüb.

Şimal-qərb küləyi arabir Gəncədə 24 metr/saniyə, Goranboyda 22 metr/saniyə, Şirvan, Göyçayda 20 metr/saniyə, Tərtərdə 18 metr/saniyə, İsmayıllı, Ağdamda 16 metr/saniyə, Bakıda və Abşeron yarımadasında 23-27 metr/saniyəyədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.0 metrə çatıb.