logo

Məhkəmə 1 yaşlı körpəsini öldürən "ana"nı 14 il azadlıqdan məhrum etdi

14:41 10-07-2023 | icon 2177
Məhkəmə 1 yaşlı körpəsini öldürən "ana"nı 14 il azadlıqdan məhrum etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə 1 yaşlı körpəsini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Bağıyevaya hökm oxunub.

YeniAvropa xəbər verir ki, "ana" 14 il müddətinə azadlıqdan məhrum edilib.

Prosesdə prokuror Fuad Musayev çıxış edərək Nərgiz Bağıyevanın 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Məhkəmə kollegiyası müşavirəyə yollanıb.

Sonda qatil qadına hökm oxunub. 

Xatırladaq ki, ötən ilin sentyabrın 9-da Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü oğlu Yusifin ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlum olub ki, Nərgiz Bağıyeva sərbəst hərəkət etməsi, kişilərlə münasibət saxlamasına mane olduğu üçün uşağını öldürmək qərarına gəlib. O, azyaşlının yeməyinə zəhər qatıb və daha sonra uşağın ölməsi üçün evdən çıxıb. Nərgiz Bağıyeva aptekdən uşaq bezi alaraq geri qayıdanda uşağın ağzından köpük gəlsə də, ölmədiyini görüb. Bundan sonra uşağı boğaraq öldürüb.