logo

Azərbaycan və Türkiyə prokurorluqları sərhədyanı əməkdaşlığı müzakirə edirlər

12:32 10-07-2023 | icon 1232
Azərbaycan və Türkiyə prokurorluqları sərhədyanı əməkdaşlığı müzakirə edirlər

İyulun 10-da Naxçıvan şəhərində Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı mövzusunda konfrans keçirilir.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, konfransda baş prokuror Kamran Əliyev, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyənin Ali Məhkəməsinin sədri Mehmet Akarca, Ali Məhkəməsinin baş prokuroru Bekir Şahin, Muxtar Respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və Ali Məhkəməsinin sədri, prokurorluq əməkdaşları və digər rəsmi şəxslər iştirak edirlər