logo

Xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili–Azərbaycan məktəbi” layihəsinə start verilir

16:32 07-07-2023 | icon 1897
Xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili–Azərbaycan məktəbi” layihəsinə start verilir

İyulun 7-dən xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasından məlumat verilib.

Layihənin məqsədi ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanını təmin etməkdir.

2023-2024-cü tədris ilini əhatə edəcək layihədə dərslər ödənişsiz əsaslarla təcrübəli mütəxəssislər tərəfindən keçiriləcək.

Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edəcəklər.

Hər səviyyə üzrə təhsilini bitirən şagirdə müvafiq sertifikat veriləcək. Layihədə yalnız xaricdə yaşayan soydaşlarımız iştirak edə bilər.

Daha ətraflı məlumatı Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının saytından əldə etmək olar.