Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 67 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarılan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.