logo

Abşeron rayonunda 2 nəfəri öldürüb, 2-ni isə yaralayan şəxs həbs edilib

19:51 04-07-2023 | icon 1302
Abşeron rayonunda 2 nəfəri öldürüb, 2-ni isə yaralayan şəxs həbs edilib

Abşeron rayonu Digah qəsəbəsi ərazisində dörd nəfərə kəsici alətlə xəsarət yetirməkdə təqsirləndirlən Sərxan Həşimov barəsində həbs qətimkan tədbiri seçilib.

YeniAvropa xəbər verir ki, bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 3-də Abşeron rayonunun Digah qəsəbəsi ərazisində dörd nəfərə kəsici alətlə xəsarət yetirilməsi, onlardan birinin aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Sərxan Həşimov şübhəli şəxs qismində tutulub.

Bu gün xəsarət alan şəxslərdən daha biri - Hicran Həşimova müalicə aldığı xəstəxanada ölüb.

Sərxan Həşimov Cinayət Məcəlləsinin 120.2.7-ci və 29, 120.2.7-ci maddələri ilə (qəsdən iki şəxsi öldürmə və qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.