Azərbaycan-Pakistan turizm əlaqələri müzakirə edilib
Azərbaycanla Pakistan arasında inkişaf etməkdə olan turizm əlaqələrinin genişləndirilməsi iyulun 4-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Pakistanın xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Sacid Hüsseyn Turi arasında keçirilən görüşdə müzakirə olunub.
Dövlət Turizm Agentliyindən ki, görüşdə Fuad Nağıyev son dövrlərdə Pakistandan gələn ziyarətçilərin sayında artımın olmasını, Azərbaycanın turizm imkanlarının tanıdılması məqsədilə Pakistanda keçirilən beynəlxalq turizm sərgilərində iştirak haqqında məlumat verərək təbliğat tədbirlərinin davam etdiriləcəyini qeyd edib.
Nazir Sacid Hüsseyn Turi Azərbaycan ilə Pakistan arasında turizm əlaqələrinin inkişafında maraqlı olduqlarını, turizmin müxtəlif növləri barədə, xüsusilə dağ turizmi üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyini bildirib.
Görüşdə, həmçinin iki ölkə arasında qarşılıqlı turist mübadiləsinin artırılması məqsədilə tanıtım və təbliğat tədbirlərinin təşkili, eləcə də bloger və media nümayəndələrindən ibarət nümayəndə heyətləri üçün infoturların təşkili, birbaşa uçuşların sayının artırılması məsələləri müzakirə edilib.
Hazırda Pakistanın Lahor şəhərindən Bakıya həftədə 2 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.
Qeyd edək ki, Azərbaycana həyata keçirilən səfərlərin sayına görə Pakistan pandemiyadan sonra tam bərpa olunan hədəf bazarlar içərisində yer alaraq 2022-ci ilin statistikasına əsasən 51 700 nəfər ziyarətçi sayı ilə 7-ci yerdə qərarlaşıb. 2023-cü ilin yanvar-may aylarının 2019-cu və 2022-ci illərin müvafiq dövrü ilə müqayisəsində Pakistandan gələn ziyarətçilərin sayında 23 və 43 faiz artım müşahidə edilib.
Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir-Muxtar Babayev
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb