Bakı şəhəri ilə Çinin Sıçuan əyaləti arasında memorandum imzalanıb
Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Sıçuan əyaləti rəhbərliyinin dəvəti ilə əyalətdə işgüzar səfərdə olub.
BŞİH-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində Sıçuan əyalətinin qubernatoru Huan Çian ilə keçirilən görüşdə Azərbaycan-Çin münasibətlərinin belə yüksək səviyyədə olmasının, eyni zamanda, inkişaf etməsinin Azərbaycan prezidenti İlham Əliyevin və Çin lideri Si Cinpinin böyük səylərinin nəticəsi olduğu diqqətə çatdırılıb. Huan Çian deyib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi effektiv siyasət və uğurlu islahatlar sayəsində Azərbaycan və paytaxt Bakı şəhəri yüksək inkişaf tempi nümayiş etdirir, dünyada özünəməxsus yer tutur. Azərbaycandakı inkişafı və sabitliyi vurğulayan qubernator ölkəmizin öz torpaqlarını işğaldan azad etdiyini xüsusi vurğulayıb.
Söhbət zamanı qubernator Huan Çian tərəfindən Çin Xalq Respublikası vətəndaşlarının Bakı şəhərinə və Azərbaycana olan marağını nəzərə alınaraq, Çendu–Bakı aviareysinin açılması təklifi irəli sürülüb.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sıçuan əyalətinin qazandığı uğurları qeyd edərək bildirib ki, son illərdə Azərbaycan prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində Bakı şəhəri də yeni görkəm alıb və sürətlə inkişaf edir.
Görüşdən sonra “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri ilə Çin Xalq Respublikası Sıçuan əyaləti arasında dostluq və tərəfdaşlıq münasibətlərinin qurulması barədə anlaşma Memorandumu” imzalanıb.
Daha sonra Bakı şəhərinin nümayəndələri Çin Xalq Respublikasının paytaxtı Pekinə gələrək şəhər merinin müavini xanım Sima Honla görüşüblər. Merin müavini xüsusi vurğulayıb ki, bu gün Azərbaycanda sabitlik hökm sürür, prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan postsovet məkanında ən inkişaf etmiş ölkələrdəndir. Bu gün Azərbaycan və paytaxt Bakı şəhəri sürətlə inkişaf edir, ona görə də çinli sahibkarların Azərbaycana böyük marağı var.
Görüş zamanı paytaxt şəhərlər arasında əməkdaşlığa dair planlar müzakirə edilib.
Səfərin nəticəsinə əsasən Pekin meriyasının nümayəndə heyətinin Bakıya rəsmi səfərə gələrək iki paytaxt arasında əməkdaşlığa dair memorandumun imzalanması barədə razılıq əldə edilib.
Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir-Muxtar Babayev
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb