logo

Daşkəsən rayonunda selə düşən 23 yaşlı gənc boğulub

21:31 29-06-2023 | icon 1687
Daşkəsən rayonunda selə düşən 23 yaşlı gənc boğulub

Bu gün axşam saatlarında Daşkəsənə yağan güclü leysan yağışları nəticəsində rayonun Təzəkənd sakini 2000-ci il təvəllüdlü Elgün Orucovu Əyri çaydan keçən sel aparıb.

YeniAvropa xəbər verir ki, bu barədə rayon icra hakimiyyətindən bildirilib.Qeyd edilib ki, Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.