logo

Prokurorluq Qaradağda gəncin öldürülməsini araşdırır 

10:01 25-06-2023 | icon 1820
Prokurorluq Qaradağda gəncin öldürülməsini araşdırır 

İyunun 25-i, saat 00:25 radələrində 1997-ci il təvəllüdlü Həsən Hudulovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə Qaradağ rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan YeniAvropa-ya bildirilib  ki, aparılmış araşdırmalarla Həsən Hudulovun Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində bıçaqla xəsarət yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.