Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 14:00-a olan məlumatına əsasən, Daşkəsən, Göygöl, Neftçala, Xınalıq, Quba, Biləsuvarda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, leysan yağış nəticəsində saat 13:20-də Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay-Qaraqollar çayından sel keçib.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 18-20 metr/saniyəyədək güclənib.