Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 110 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 66,o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb.