logo

Qarabağ Dirçəliş Fondunun ümumi aktivləri 1,2 milyard manatı ötüb

11:55 09-06-2023 | icon 1911
Qarabağ Dirçəliş Fondunun ümumi aktivləri 1,2 milyard manatı ötüb

Qarabağ Dirçəliş Fonduna (QDF) ötən il 320 milyon manatdan çox ianə cəlb edilib. Bu isə o deməkdir ki, Fondun ümumi aktivləri bir milyard 200 milyonu ötüb.

YeniAvropa xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.

Fondun yaxın günlərdə 2022-ci il üzrə maliyyə auditindən keçdiyini söyləyən Rəhman Hacıyev deyib: "Auditi aparıcı "PwC" şirkəti həyata keçirib. Artıq müsbət rəylər də təqdim olunub. Daxili qaydalarımıza uyğun olaraq bu rəy Müşahidə Şurası tərəfindən təqdim ediləcək. Yaxın gələcəkdə və daha sonra ictimaiyyətə açıqlanacaq”.

QDF-in İdarə Heyəti sədrinin sözlərinə görə, ianə edilmiş vəsaitlərin bir qisminin risksiz investisiyalara - Azərbaycan Respublikasının dövlət istiqrazlarına yerləşdirməklə keçən il əlavə olaraq 40 milyona yaxın mənfəət əldə olunub. Vəsaitlərin hər bir qəpiyinin Qarabağ üçün sərf ediləcəyini vurğulayan Rəhman Hacıyev əlavə edib: “Bizim çağırışlarımız işləyir. Hazırda əksər ianələr böyük iri şirkətlər və qurumlar tərəfindən edilir, - burada mən əlbəttə ki, həcmini nəzərdə tuturam. Sayca fərdi şəxslərin etdikləri ianələr çoxluq təşkil edir. İnanırıq ki, gələcəkdə bu fərdi şəxslərin etdikləri ianələr həcmcə də əksəriyyət təşkil edəcək”.