logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 80 nəfər saxlanılıb

10:20 09-06-2023 | icon 1463
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 80 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 84 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 247,o cümlədən borclu şəxs qismində axtarışda olan 209 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 80 nəfər saxlanılıb.